Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Süni intellektin linqvistik problemləri” monoqrafiyası işıq üzü görüb
16.09.2024 11:34
  • A-
  • A
  • A+

“Süni intellektin linqvistik problemləri” monoqrafiyası işıq üzü görüb

AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Məsud Mahmudovun “Süni intellektin linqvistik problemləri” monoqrafiyası çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən monoqrafiyada süni intellektin yaranması, mahiyyəti, başqa elm sahələri, eləcə də dilçiliklə əlaqəli həmhüdud sahələri araşdırılır. Müəllif hesab edir ki, kompüter dilçiliyi, korpus dilçiliyi, statistik leksikoqrafiya, mətn dilçiliyi, koqnitiv dilçilik, neyrolinqvistika, maşın tərcüməsi, təbii mətnin emalı sistemləri və dilçiliyin informasiya- kommunikasiya texnologiyaları ilə bağlı digər sahələri süni intellekt problemləri çərçivəsində (kontekstində) öyrənilməlidir. Dilçiliyin ayrı - ayrı problemlərinə yeni baxış bucağından yanaşma daha effektli, etibarlı elmi nəticələr əldə etmək imkanı yaratmış olur.

Monoqrafiyanın elmi redaktoru AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, rəyçilər filologiya elmləri doktoru, professor Rüfət Rüstəmov, filologiya elmləri doktoru, professor İlham Tahirov və filologiya elmləri doktoru, dosent Kamilə Vəliyevadır.

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov yazdığı “Ön söz”də monoqrafiyanı süni intellektin linqvistik problemlərinə yeni yanaşma kimi dəyərləndirib.      

Monoqrafiya dilçiliyin yeni istiqamətləri və süni intellekt problemləri ilə maraqlananlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: