Fizika İnstitutunda “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” qeyd olunub.
Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Arif Həşimov açıb.
O, Prezident İlham Əliyevin azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına böyük diqqət ayırdığını vurğulayıb. Akademik Qarabağda aparılan bərpa-quruculuq işlərindən danışıb. Qeyd edib ki, işğaldan azad olmuş ərazilərin bərpası zamanı dünyanın məşhur şirkətləri ilə əməkdaşlıq edilir, ən müasir texnologiyalardan istifadə olunur.
A.Həşimov Qarabağ Universitetindən də bəhs edib. Bildirib ki, Qarabağ Universitetinin yenidən qurulması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə elmin və təhsilin inkişafına verdikləri dəyərin, diqqət və qayğının bariz nümunəsidir. O, Fizika İnstitutu ilə Qarabağ Universitetinin əməkdaşlıq imkanlarından və vacibliyindən bəhs edib.
Tədbir fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanovun çıxışı ilə davam edib. O, belə bir günün təsis edilməsinin mühüm və qürurverici olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.