Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.04.2025 11:28
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşlarının yubileyləri qeyd edilib

Coğrafiya İnstitutunun əməkdaşlarının yubileyləri qeyd edilib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu əməkdaşları - Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d., dissertasiya şurasının elmi katibi Ziyafət Ağayevin 70 və Kadrlar şöbəsinin müdiri Rəsul İsmayılovun 65 illik yubileyləri qeyd edilib.

Səbəbkarları təbrik edən baş direktor v.i.e. dosent Zaur İmrani onların Coğrafiya İnstitutundakı fəaliyyəti haqqında qısa məlumat verib, institut rəhbərliyi və kollektivi adından ünvanlanmış təbrik məktubu və gül dəstəsini yubilyarlara təqdim edərək onlara möhkəm can sağlığı, işlərində uğurlar arzu edib.

Z.Ağayev və R.İsmayılov çıxış edərək institut rəhbərliyinə və kollektivinə onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Şöbə müdirləri, prof. Rza Mahmudov, Şamil Əzizov,  HİK sədri Kamran Ramazanlı və Mülki Müdafiə qərargahının rəisi Namazəli Mustafayev də yubilyarları təbrik ediblər, institutun elmi və ictimai fəaliyyətində onlara uğurlar diləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: