Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin “Azərbaycan Botanika Jurnalı” (Azerbaijan Journal of Botany) jurnalının növbəti nömrəsi işıq üzü görüb.
Jurnalın baş redaktoru Azərbaycan Botaniklər Cəmiyyətinin sədri, Botanika İnstitutunun baş direktoru b.e.d., professor Səyyarə İbadullayevadır. Jurnalda Azərbaycanın elmi təşkilatlarından göndərilmiş 18 məqalə öz əksini tapıb.
Biologiyanın botanika, geobotanika, floristika, sistematika, taksonomiya, alqologiya, lixenobriologiya, mikologiya, fitosenologiya, etnobotanika, introduksiya, bitki fiziologiyası, bioloji ehtiyatlar, dərman və aromatik bitkilər, fitoterapiya, farmakoqnoziya, bioloji fəal maddələrin alınması və genetika da daxil olmaqla bütün sahələrində aparılan eksperimental tədqiqatları əhatə edən jurnal ildə iki dəfə 3 dildə (Azərbaycan, rus, ingilis) dərc edilir.
Qeyd edək ki, ABCİB tərəfindən nəşr olunan “Azərbaycan Botanika Jurnalı” (Azerbaijan Journal of Botany) jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına salınıb. Məqalə qəbulu il boyu Azərbaycan Botaniklər Cəmiyyətinin internet səhifəsinə (www.botany.az) yerləşdirilmiş təlimat üzrə həyata keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.