Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nitqin sosial və psixolinqvistik baxımdan tədqiqi” adlı kitabı çap olunub
20.09.2024 10:22
  • A-
  • A
  • A+

“Nitqin sosial və psixolinqvistik baxımdan tədqiqi” adlı kitabı çap olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və Psixolinqvistika şöbəsinin aparıcı elmi işçisi Zülfiyyə Musavinin “Nitqin sosial və psixolinqvistik baxımdan tədqiqi” adlı kitabı Nəsimi adına Dilçilik İnstitutunun vəsaiti hesabına “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində nəşr olunub.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, dosent Gülsüm Hüseynova, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qaziyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyevadır.

Kitab 2 bölüm və 7 fəsildən ibarətdir.1-ci bölümdə Nitqin müxtəlif yaş qrupları üzrə sosial və psixolinqvistik baxımdan tədqiqi; 2-ci bölümdə Nitq fəaliyyətinin produktiv və reseptiv növlərinin sosial və psixolinqvistik baxımdan tədqiqi mövzularından bəhs olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: