Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
20.09.2024 11:40
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təqdim edilib.

Bugünkü sayda AMEA Rəyasət Heyətinin iclası, AMEA prezidenti akademik İsa Həbibbəylinin Qarabağ Universitetinin kollektivinə təbriki, “Yaşayan füzulişünaslıq abidəsi” adlı məqaləsi, eləcə də Türk dünyasının arxeoloqları ilə görüşü barədə yazılar dərc edilib.

Qəzetdə akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva və Şərqşünaslıq İnstitutunun kollektivinin görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarətlə bağlı xəbər də yer alır.

Bundan əlavə, qəzetin bugünkü buraxılışında Şuşada Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin I Toplantısına dair xəbər, AMEA-nın Gəncə Bölməsi və Şəki Regional Elmi Mərkəzində keçirilən tədbirlərlə bağlı yazılarla tanış ola bilərsiniz.

Həmçinin bu sayda “Beynəlxalq elmi əməkdaşlıq”, “Bərk cism və yarımkeçiricilər fizikasının mahir tədqiqatçısı”, “Fəlsəfəyə həsr edilən mənalı ömür” və “İbrahim Yusifoğlunun yaradıcılıq dünyası” adlı məqalələr və yubiley yazıları təqdim edilib.

Qəzetin rus və ingilis dili bölməsində akademik İsa Həbibbəylinin görüşlərinə dair xəbərlər, nüvə enerjisini inkişaf etdirən ölkələrin təhlükəsizlik təminatı mövzusunda müsahibə, o cümlədən ötən həftə AMEA-da keçirilən tədbirlərə və son elmi yeniliklərə dair xəbərlər yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: