Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.09.2024 16:02
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının növbəti iclası keçirilib

Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının növbəti iclası keçirilib

Sentyabrın 20-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirədddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib.

Tədbiri rəsədxananın baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

İclasda ŞAR-ın icraçı direktoru professor Nəriman İsmayılov rəsədxananın 65 illik yubileyi münasibətilə keçiriləcək beynəlxalq konfransla (Alive Universe - from Planets to Galaxies) bağlı təşkilati işlərin yekun vəziyyəti barədə tədbir iştirakçılarının diqqətinə çatdırıb. Çoxsaylı yerli və xarici qonaqların iştirak etməsi nəzərdə tutulan beynəlxaq konfransın yüksək səviyyədə təşkili istiqamətində tədbirlərin görüldüyünü bildirib.

Sonra iclasın gündəliyinə uyğun olaraq, ŞAR-ın 2024-cü il üçün fəlsəfə və elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturasına qəbulun nəticələrinin, mövzu və elmi rəhbərlərin təsdiqi məsələsi müzakirə olunub. İlk öncə ŞAR-ın doktorantura və dissertanturasına qəbul olmuş namizədlərə söz verilib, ardınca isə çıxışçılar tərəfindən şura üzvlərinin sualları cavablandırılıb və mövzular təsdiq edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: