Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.10.2024 10:48
  • A-
  • A
  • A+

Turan Cavidin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Turan Cavidin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Hüseyn Cavidin Ev Muzeyində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qızı Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, görkəmli teatrşünas, muzeyşünas və mətnşünas Turan Cavidin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib.  

Öncə Turan Cavidin əziz xatirəsi yad edilib.

Tədbiri giriş sözü ilə Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı açaraq qeyd edib ki, əgər böyük Cavid özündən sonra Azərbaycan ədəbiyyatını son dərəcə zənginləşdirən ölməz əsərlər qoyub getdisə, Turan xanım da bu əsərlərin son mükəmməl nəşrini hazırlayıb öz xalqına təhvil verib. Turan xanımın illər boyu üzərində zəhmət çəkərək yüksək səviyyədə araya-ərsəyə gətirdiyi “əsərlərdən” biri də Hüseyn Cavidin Ev Muzeyidir. Turan xanım Cavid irsinin böyük himayəçisi Ümummilli liderimiz Heydər Əliyevin yaxından köməyi və bir rəhbər kimi qayğısı nəticəsində yaradaraq cavidsevərlərin ixtiyarına verib.

Daha sonra çıxış edərək tədbiri muzeyin əməkdaşları - f.ü.e.d. Gülşən Əliyeva-Kəngərli, s.ü.f.d. Fəridə Quliyeva, Cəmilə Rzayeva və Kəmalə İsmayıllı davam etdirib.

Sonda tədbir iştirakçıları Turan Cavid haqqında Hüseyn Cavidin Ev Muzeyində mühafizə edilən materiallar əsasında tərtib olunmuş sərgi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: