Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor İsmayıl Kazımovun Mahmud Kaşğari “Divan”ı və çağdaş türk dilləri” kitabı çap olunub
07.10.2024 15:12
  • A-
  • A
  • A+

Professor İsmayıl Kazımovun Mahmud Kaşğari “Divan”ı və çağdaş türk dilləri” kitabı çap olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri professor İsmayıl Kazımovun Mahmud Kaşğari “Divan”ı və çağdaş türk dilləri” kitabı işıq üzü görüb.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru professor Nadir Məmmədli, filologiya elmləri doktoru Şəbnəm Həsənli-Qəribova və dosent Qətibə Quliyevadır.

Kitabda böyük türkoloq Mahmud Kaşğarinin “Divan” ında sözün fonetik, qrammatik, leksik-semantik yöndə tarixi-genetik və struktur-funksional xüsusiyyətləri nəzərdən keçirilib.

Kitabda “Divan”ın türkoloji dilçiliyin formalaşması və inkişafındakı rolu, çağdaş türk dillərinə , dialektlərinə təsiri öyrənilib.

Mahmud Kaşğari “Divan”ı və Çağdaş Türk diiləri” kitabı 3 bölmədən ibarətdir. Bölmələrdə “Divan”ın fonetik, leksik və morfoloji özəllikləri araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: