Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türkologiya” jurnalının yeni nömrəsi nəşr olunub
09.10.2024 14:28
  • A-
  • A
  • A+

“Türkologiya” jurnalının yeni nömrəsi nəşr olunub

“Türkologiya” beynəlxalq elmi  jurnalının 2024-cü il üçün 1-ci sayı çap olunub

Türkologiya” jurnalının bu nömrəsi Mahmud Kaşğari "Divanü lüğat-it-türk"- 950 illiyinə həsr edilmişdir.

Jurnalda akademik İsa Həbibbəylinin “Mahmud Kağarinin “Divanü lüğat-it-türk “ əsəri Azərbaycanda”, professor Nadir Məmmədlinin “ Mahmud Kaşğarinin kimliyi və “Divanü lüğat-it-türk”ün yazıldığı dövr, akademik Möhsün Nağısoylunun “Divanü lüğat-it-türk” və “Kitabi-Dədə Qorqud”un Günbəd əlyazması ilə müqayisəli tədqiqi” adlı məqalələr ,  həmçinin  Azərbaycan,Türkiyə,  Özbəkistan və Makedoniya  alimlərinin müxtəlif məqalələri dərc olunmuşdur.

Fərqli elmi-nəzəri biliklərin türkologiya müstəvisində təqdim edən jurnalımızın bu sayındakı "Divanü lüğat-it-türk"- 950, “Klassik irs”, “Dil əlaqələri”, “Dialektologiya”, “Personalia” , “Elmi həyat”, “Nekroloq” rubrikalarıı oxucular  üçün maraqlı olacaq.

Jurnalın baş redaktoru Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, məsul katibi filologiya elmləri doktoru Aysel Qəriblidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: