Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.10.2024 14:52
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İslam Mustafayev Macarıstanda keçirilən beynəlxalq simpoziumda iştirak edib

AMEA-nın müxbir üzvü İslam Mustafayev Macarıstanda keçirilən beynəlxalq simpoziumda iştirak edib

Son 60 ildə hər 4 ildən bir Macarıstanda təşkil olunan “International Tihany Symposium on Radiation chemistry”  dünya Radiasiya kimyaçılarının zirvə toplantısına çevrilmişdir. Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında ən çox Azərbaycan və Rusiya alimləri bu Simpoziuma  dəvət olunurlar.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəstəyi ilə Macarıstanın Eger şəhərində təşkil olunan bu simpoziumda 40-a qədər ölkədən - ABŞ, Kanada, Yaponiya, Niderland, Avstriya və digər ölkələrdən gəlmiş alimlər 82 məruzə ilə çıxış ediblər. Azərbaycandan bu mötəbər məclisdə Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nüvə tədqiqatları departamentinin şöbə müdiri Zaur Xəlilov iştirak ediblər.

İ.Mustafayev “Azkarbonlu radiasiya-kimyəvi proseslər” adlı plenar məruzə ilə çıxış etmişdir. Bu sahədə Radiasiya Problemləri İnstitutunda son 40 ildə aparılmış tədqiqatların nəticələri simpozium iştirakçılarının marağına səbəb olub və çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: