AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.
Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub” başlıqlı xəbər təqdim edilib.
Bügünkü sayda “Siyasi varislikdən siyasi liderliyə: Tarixi zəfərin memarı” mövzusunda tədbir, AMEA Rəyasət Heyətinin müşavirəsi və Ankarada Məhəmməd Füzuliyə həsr edilmiş ədəbi-bədii kompozisiya dair yazılar dərc edilib.
Qəzetdə AMEA prezidenti akademik İsa Həbibbəylinin 75 illik yubileyi münasibətilə “Monumentallığın mozaikası”, “Məslək dostluğu və yorulmazlıq örnəyi” adlı məqalələr, eləcə də “İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” mövzusunda elmi sessiya dair informasiya yer alır.
Bundan əlavə, qəzetin bugünkü buraxılışında akademik İsa Həbibbəylinin “Xalq qəzeti”nə verdiyi “Milli Elmlər Akademiyası: ölkə reallıqları və yeniləşmə prosesləri”adlı müsahibəsi dərc edilib.
Həmçinin bu sayda dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə “Müstəqilliyimiz əbədidir” və Azərbaycan Milli Elmlər Akademiyası-80 rubrikası altında “Azərbaycan-Çin elmi əməkdaşlığı - Strateji inkişaf kursu kontekstində” adlı məqalələr, eləcə də digər xəbərlərlə tanış ola bilərsiniz.
Qəzetin rus və ingilis dili bölməsində AMEA prezidenti akademik İsa Həbibbəylinin iştirakı etdiyi tədbirlərlə bağlı yazılar, o cümlədən son elmi yeniliklərə dair informasiyalar yer alır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.