Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin xarici həmkarları ilə birgə məqaləsi yüksək impakt faktorlu jurnalda çap olunub
22.10.2024 15:39
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin xarici həmkarları ilə birgə məqaləsi yüksək impakt faktorlu jurnalda çap olunub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin xarici həmkarları ilə birgə “One - dimensional polymer of copper with salicylic acid and pyridine linkers: Synthesis, characterizations, solid state assembly investigation by hirshfeld surface analysis, and computational studies” adlı məqaləsi Q2 kvartilli, impakt faktoru 7,1 olan “Scopus” bazasında  indeksləşən “Journal of Molecular Structure” jurnalında çap edilib.

Məqalədə qeyd olunur ki, misin salisil turşusu və piridin ilə birölçülü yeni polimer kompleksi [Cu(DNSA)py] sintez edilmiş və çox sayda metodik yollarla – FT-IR, UB-görünən, elementar, TGA/DSK və monokristal XRD analizi ilə xarakterizə olunmuşdur. Kristal quruluşda iki 3,5-dinitrosalisil liqantı mis ionu ilə xelat kompleks əmələ gətirmişdir, burada liqantın biri karbonil qrupunun oksigen atomu və karboksil qrupunun oksigen atomlarından biri ilə, digər simmetrik yerləşmiş liqand isə karboksil qrupunun oksigen atomları ilə koordinatlaşaraq deformasiyaya uğramış (təhrif olunmuş) kvadrat piramida şəkilli qəfəs əmələ gətirmişdir. Beləliklə, burada b oxu boyunca uzanmış birölçülü polimer əmələ gəlir. Hirshfeld səthi analizində olduğu kimi, maddənin bərk halının düzülüşü müxtəlif molekullararası qarşılıqlı təsirlərlə sabitləşir. Xarici təzyiq altında kristalın özünü necə aparmasını proqnozlaşdırmaq üçün boşluqların analizi həyata keçirilmişdir.

[Cu(DNSA)py] monomerinin ən sabit quruluşu B3LYP/ def2-TZVPP istifadə etməklə sıxlıq funksional nəzəriyyəsindən (DFT) əldə edilmişdir. Nəzəriyyənin 6-311G(d,p) həddi mis atomunun deformasiyaya uğramış (təhrif olunmuş) kvadrat piramida şəkilli qəfəs formasında yerləşdiyini nümayiş etdirir. MER səthi və Mulliken yük paylanması elektrofil və nukleofil təsirlərə uyğun Cu monomer atomlarını müəyyən edir. [Cu(DNSA)py] monomerinin və onun liqandının (DNSA) davamlılığını və kimyəvi cəhətdən aktivliyini qiymətləndirmək üçün Sərhəd molekulyar orbital (FMO) analizləri aparılmış, sözügedən birləşmənin kvant kimyəvi göstəriciləri EHOMO və ELUMO enerji qiymətlərindən əldə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: