Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Siqnalların emalının riyazi problemləri laboratoriyasının müdiri, r.ü.f.d., dos. Səbinə Sadıqova Portuqaliyanın “Portuguese Group on Special Functions, Orthogonal Polynomials and Applications” onlayn seminarında “The concept of t-basis and vector-valued Hardy classes” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə müəyyən bixətti inikasın doğurduğu -bazis anlayışları haqqında məlumat verilmiş, UMD xassəsinə malik Banax fəzası olduqda vektor-qiymətli Boxner fəzasına baxılıb və klassik eksponent sisteminin fəzasında -bazis təşkil etdiyi isbat olunub. Bu faktdan istifadə edərək klassik haldan fərqli olaraq vektor-qiymətli Hardi sinifləri müəyyən edilmiş, bu siniflərin ekvivalent tərifi verilib və onların bəzi xassələri öyrənilib. Bundan əlavə, eksponent sisteminin -Riss xassəsi anlayışı daxil edilmiş və bu sistemin fəzasında -Riss xassəsinə malik olduğu isbat edilib. UMD fəza olduğu halda -qiymətli Koşi tipli inteqrallar üçün Plemelj-Soxotski düsturları və “1/4-Kadets” teoreminin abstrakt analoqu alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.