Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.10.2024 10:28
  • A-
  • A
  • A+

Şəki REM-in Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

Şəki REM-in Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Elmi şurasının növbəti iclası keçirilib.

İclasda Şura üzvləri və elmi işçilər iştirak ediblər.

Tədbiri açan Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. O, gündəlikdəki ilk məsələ - 2024-cü ildə nəşr edilməsi nəzərdə tutulan kitablar haqqında məlumat verərək bildirib ki, Şəki REM-də 2024-cü il üçün nəzərdə tutulan 5 kitab artıq çapa hazırdır və tezliklə nəşr ediləcəkdir.

Direktor, həmçinin cari il sentyabrın 11-də “Yeni müsavat”da dərc edilən “Elm yoxdursa, Elmlər Akademiyası nə işlə məşğuldur?” başlıqlı yazıya akademik İsa Həbibbəylinin “Akademiya öz işləri ilə məşğuldur” sərlövhəli cavab məktubunu səsləndirib. Elmi şura üzvləri akademik İsa Həbibbəylinin əhatəli cavab məktubunu təqdirəlayiq hesab ediblər.

Gündəlikdəki ikinci məsələ AMEA və TUBİTAK-ın birgə təşkil etdiyi müsabiqədə Şəki REM-in iştirakı ilə bağlı olub. Elmi katib Vəfa Atayeva mərkəzin əməkdaşlarını müsabiqə şərtləri ilə tanış edib və müsabiqədə iştirak etmək istəyənlərə layihələrin tədqim edilməsi üçün son tarixi açıqlayıb.

İclasda növbəti məsələ - AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli qərarlarında nəzərdə tutulan tədbirlər planının icrasına dair olub. Mərkəzin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, fil.e.d., dos. Kamil Adışirinov, Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov və Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov 2024-cü il üçün tədbirlər planında icrası nəzərdə tutulan işlər barədə məlumat veriblər. Bildirilib ki, "Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi", "Yaşıl dünya naminə həmrəylik ili", Naxçıvan Muxtar Respublikasının 100 illiyi, eləcə də görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı mərkəzdə müxtəlif tədbir reallaşdırılıb, ilin sonunadək isə daha bir neçə tədbirin həyata keçirilməsi planlaşdırılır.

Bundan başqa, tədbirdə şöbələr üzrə illik hesabatların dinlənilməsi qrafiki təsdiqlənib.

Cari məsələlər haqqında Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğ.ü.f.d. Qafqaz Ağabalayev, Ekoloji biofizika şöbəsinin elmi işçisi Ayşən Salmanova, İnsan resursları şöbəsinin rəhbəri Ülviyyə Osmanova məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: