Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Tibbi coğrafiyanın əsasları” kitabı nəşr olunub
06.11.2024 09:42
  • A-
  • A
  • A+

“Tibbi coğrafiyanın əsasları” kitabı nəşr olunub

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri c.ü.f.d. Solmaz Rzayevanın “Tibbi coğrafiyanın əsasları” adlı elmi-metodik vəsaiti dərc edilib.

Kitabın baş redaktoru c.e.d. professor Zakir Eminov, elmi redaktoru c.ü.f.d. dosent Zaur İmranidir.

Dərs vəsaitində tibbi coğrafiya elminin metodoloji əsasları, insan biometeorologiyası və nozocoğrafiya təliminə dair elmi mənbələrin araşdırmaları, həmçinin müasir tələblər baxımından aktuallığı şərh olunur.

Kitab 11 fəsildən ibarət olub, tibbi coğrafiya elmi haqqında ümumi məlumat, onun predmeti, metodologiyası, tədqiqat metodları, bioritmik təlim, biocoğrafi mühitin insan orqanizminə təsiri, tibbi-meteoroloji informasiya mənbələri, sinoptik meteoroloji  mühitin  insan səhhətinə təsiri, nozocoğrafiya elmi, xəstəliklərin coğrafi ocaqları və s.  kimi mövzuları əhatə edir.

Təhlillər zamanı tibbi coğrafiya elminin inkişafında xüsusi xidmətlər göstərmiş Azərbaycan və xarici ölkələrin tədqiqatçılarının elmi əsərlərindən istifadə olunub.

Dərs vəsaiti coğrafiya, coğrafiya müəllimliyi və tibb ixtisasına yiyələnən bakalavrlar, magistrlar, dissertantlar, doktorantlar, istehsalat fəaliyyətinə hazırlıq, təcrübi fəaliyyətdə peşəkarlıq səviyyəsini yüksəltmək və müvəffəqiyyət əldə etmək üçün nəzərdə tutulub. Dərs vəsaitindən Səhiyyə Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutlarının əməkdaşları, tibb kolleclərinin müəllim və tələbələri ilə yanaşı, geniş oxucu kütləsi də istifadə edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: