AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Mişkat təxəllüslü şairin “Badkubə vaqiəsinin tarixi” əsəri transfoneliterasiya olunaraq kitab şəklində nəşr olunub. Əsəri transfoneliterasiya edib nəşrə hazırlayan institutun Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs komissiyasının sədri Sona Xəyaldır.
Kitabda 1905-1906-cı illərdə Bakıda baş verən erməni-müsəlman davasından bəhs edilir. Mişkat əsərdə bir çox mətləblərə toxunmuş, bir sıra tarixi hadisələri xatırlatmış, bəzi peyğəmbərlərin (ə.m.) həyatından söz açmış, eyni zamanda bir sıra hikmətamiz fikirləri nəzmə çəkmiş və ermənilərə tarixdən ibrət almağı tövsiyə etmişdir.
Qeyd edək ki, yeni nəşrin redaktoru Hacı Rauf Şeyxzamanlı, rəyçiləri fil.ü.f.d. Samirə Əliyeva və Qutiyera Cəfərova, ön sözün müəllifi isə Sona Xəyaldır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.