AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyevin və şöbə müdiri professor Asif Məmmədovun “Yaşıl kimya və onun inkişaf perspektivləri” adlı kitabı nəşr olunub.
Kitabda yaşıl kimyanın mövzusu, əsasları, prinsipləri, onların həyata keçirilməsi və inkişaf istiqamətləri verilib. Həmçinin təhlükəsiz və bərpa olunan xammaldan istifadə, daha təhlükəsiz kimyəvi maddələrin alınması, tullantıların qarşısının alınması, bioyanacağın növləri, istifadə edilən xammallar, neft emalı zavodlarından bioemal zavodlarına keçidin perspektiv yolları təqdim edilir. Nəşrdə yaşıl kimyanın müasir problemlərinə həsr olunmuş müxtəlif dillərdə yazılmış kitab və elektron mənbələrdən geniş istifadə edilib.
Vəsait tədris və elmi tədqiqat işlərində istifadə üçün nəzərdə tutulsa da, ondan geniş oxucu kütləsi də istifadə edə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.