Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabı nəşr olunub
19.11.2024 10:18
  • A-
  • A
  • A+

“Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabı nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri filologiya elmləri doktoru Gülər Abdullabəylinin tərcüməsində Məmməd Əmin Rəsulzadənin “Azərbaycan müstəqillik uğrunda mübarizədə” (Polyak-Azərbaycan əlaqələri) kitabı işıq üzü görüb.

Qeyd edək ki, kitab 1938-ci ildə Varşavada çap olunub.

Kitab Prezident cənab İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq nəşr edilib.

Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Əsəri polyak dilindən tərcümə edən və əhatəli “Ön söz”ün müəllifi Azərbaycan Polşa elmi-mədəni cəmiyyətinin sədri Gülər Abdullabəylidir.

98 səhifəlik kitab Azərbaycan, rus və ingilis dillərindədir. Polyak dilində olan əslinin də surəti yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: