AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının qərarı ilə “Azərbaycan gəncliyi və Yaşıl dünya naminə həmrəylik ili: ekoloji problemlər, süni intellekt və fəlsəfə” kitabı çap olunub.
Yeni nəşr cari il AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası və AMEA-nın Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan gəncliyinin “Yaşıl dünya naminə həmrəylik ili”nə dəstəyi” adlı ümumrespublika konfransının materialları əsasında işıq üzü görüb.
Kitabın redaksiya heyətində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Telman Quliyev, institutun YAP ərazi təşkilatının sədri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ceyran Hüseynli, AMEA AHİ-nin mütəxəssisi Mətanət Hüseynova, institutun şöbə müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, elmi işçi Vüsalə Gülmalıyeva və elmi işçi Hafizə İmanova yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.