Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Ağac kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının əməkdaşları tərəfindən bir çox yeni növlər üzərində bioloji xüsusiyyətlərin öyrənilməsi, xarici mühit amillərinə uyğunlaşdırılması və landşaft arxitekturası əsasında tətbiqi üzrə geniş tədqiqatlar aparılıb.
“Viburnum odoratissimum Ker Gawl. – Ətirli başınağacı, Trachelospermum jasminoides (Lindl.) Lem. - Konfederasiya jasmin, Zabelia beflora(Abelia) Turcz. – İkirəngli zabeliya, Camellia japonica Mirb- Yapon kameliyası, Elaeagnus pungens Thunb.- Tikanlı iydə, Ligustrum japonicum Thunb. - Yapon birgözü, Photinia parvifolia Lindl. - Fatoniya parvifolia, Euonymus yaponicus Thunb - Yapon gərməşov” növləri Dendrologiya İnstitutunun bitki kolleksiyaları içərisində yer alır və müəssisənin təcrübə sahəsində öyrənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.