Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb. Azərbaycanın məhz Ulu Öndərin uzaqgörən siyasəti sayəsində müstəqillik qazandığını, parçalanmaqdan və xaosdan xilas olduğunu qeyd edən alim Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində bu müstəqilliyin qorunub saxlanıldığını, müasir Azərbaycan dövlətinin ildən-ilə inkişaf etdiyini və torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb.
Pənah Muradov bildirib ki, zəngin və şərəfli həyatını Azərbaycan xalqının xoşbəxtliyinə, tərəqqisinə və dünya xalqları arasında layiqli yer tutmasına həsr etmiş Ümummilli Lider Heydər Əliyev qədirbilən xalqımızın tarixində unudulmaz bir şəxsiyyət kimi daim yaşayacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.