Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.12.2024 16:08
  • A-
  • A
  • A+

MEK Azərbaycan dövlətçiliyinə dair nəşrlərin virtual sərgisinin 2-ci buraxılışını təqdim edir

MEK Azərbaycan dövlətçiliyinə dair nəşrlərin virtual sərgisinin 2-ci buraxılışını təqdim edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) fonduna yeni daxil olan Azərbaycan dövlətçiliyinə dair yeni informasiya resurslarının virtual sərgisinin ikinci buraxılışını təqdim edir.

Azərbaycan, rus və ingilis dillərində təqdim olunan nəşrlərdə Azərbaycan xalqının Ümumilli Lideri, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin dövlətçilik, ordu quruculuğu, təhsil, kitab mədəniyyəti, iqtisadiyyat, ekologiya, Dünya Azərbaycanlıları, siyasət, diplomatiya, liderlik və digər sahələrə dair verdiyi töhfələr, mühüm hadisə və tarixi faktlar yer alır.

Sərgidə “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu”, “Zülmətdə doğan günəş: sənədli tarixi roman”, “Heydər Əliyev: müdrik fikirlər. İyun 1993 - 1998 Oktyabr. I kitab”, “Heydər Əliyev. 100 faktın tarixi”, “Heydər Əliyev İli: nəşrlər və tədbirlər: kataloq”, “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət”, “Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti”, “Ulu Öndərin işığında”, “Azərbaycan millətşünaslığına giriş: ali məktəblər üçün dərs vəsaiti”, “Azərbaycan mədəniyyətində Heydər Əliyev fenomeni”, “Bir əsrə sığmayan ömür”, “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti: monoqrafiya”, “Ulu Öndər”, “İnformasiya müharibəsində qələbə - Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev”, “Zəfər bizim zəfərimizdir”, “Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” və başqa bədii əsərlər, elmi-tədqiqat işləri nümayiş olunur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrlərin elektron versiyalarını mek.az saytına daxil olub elektron kitabxana bölməsindən yükləmək və ya onlayn rejimdə mütaliə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: