ETN Fizika İnstitutunda 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Anım gününü institutun baş direktoru, akademik Arif Həşimov açıb. Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
A.Həşimov qeyd edib ki, 1990-cı il yanvar ayının 19-dan 20- nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində, eləcədə Azərbaycanın digər bölgələrində xalqımıza qarşı misli görünməmiş qətliam törədib.
Akademik A.Həşimov bildirib ki, Ulu Öndər Heydər Əliyev baş vermiş hadisəyə siyasi qiymət verərək bu qətliamın düşünülmüş və məqsədyönlü olduğunu hesab edib. Baş vermiş faciə zamanı günahsız elm insanlarının da qətlə yetirilməsi vurğurlanıb.
Anım mərasimində professor Adilə Abbasova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva və institutun elmi işçisi Bayram Xudayarov tədbirdə çıxış edərək bildiriblər ki, baş vermiş faciə xalqımızın qürurunu daha da gücləndirdi və azadlığa qovuşmasını daha əzmli və inadlı etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.