Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.02.2025 09:58
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun alimləri beynəlxalq konfransda məruzə ediblər

Dilçilik İnstitutunun alimləri beynəlxalq konfransda məruzə ediblər

Moldovanın Komrat Dövlət Universitetinin təşkilatçılığı ilə təhsil müəssisəsinin 34-cü ildönümünə həsr olunmuş “Elm, təhsil və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Hibrid formada təşkil olunan konfransa Azərbaycan, Türkiyə və Moldovadan alimlər qatılıb.

Konfransın açılış nitqində Komrat Universitetinin alimi moderator dosent Güllü Karanfil Türk dünyasının universitetləri arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini vurğulayıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin alimləri - professor İsmayıl Kazımov, filologiya elmləri doktoru Qətibə Mahmudova, dosentlər Elnarə Əliyeva, Təranə Şükürlü, filologiya üzrə fəlsəfə doktorları İmanyar Quliyev, Dilbər Camali və Arzu İsgəndərzadə beynəlxalq konfransda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: