Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.02.2025 11:46
  • A-
  • A
  • A+

Gənc azərbaycanlı arxeoloqun elmi çıxışı beynəlxalq konqresdə maraqla qarşılanıb

Gənc azərbaycanlı arxeoloqun elmi çıxışı beynəlxalq konqresdə maraqla qarşılanıb

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Beynəlxalq Türk Dünyası Gənc Akademiklər Birliyinin II Konqresi keçirilib.

Türkiyə Prezidentinin Rabitə Müdirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Xaricdəki Türklər və Qohum Toplumlar Nazirliyi, Yunus Əmrə İnstitutu və Maarif Fondunun dəstəyi ilə keçirilmiş konqresdə 21 ölkədən 260-a qədər gənc tədqiqatçı alim iştirak edib.

Daşkənd Dövlət Hüquq Universitetinin ev sahibliyi etdiyi “Ortaq gələcəyin inşası” mövzulu tədbirdə açılış nitqi ilə Gənc Akademiklər Birliyinin sədri Yunus Kocabıyık çıxış edib. Y.Kocabıyık akademiklər arasında əməkdaşlığı artırmaq məqsədi daşıyan bu Konqresin keçmişdə dünyanın mühüm elm mərkəzlərindən biri olan Özbəkistanda keçirilməsindən məmnun olduqlarını bildirib.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin elmi işçisi, doktorant Günay Bayramova da bu konqresdə iştirak edib. G.Bayramovanın “Metal objects of Muncuglutepe necropolis (Azerbaijan)” (Muncuqlutəpə (Azərbaycan) nekropolisinin metal əşyaları) mövzusunda çıxışı maraqla dinlənilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Sabirkənd və Kələntər Dizə kəndləri yaxınlığında aşkar edilmiş Son Tunc və Erkən dəmir dövrünə aid Muncuqlutəpə nekropolu regionun həmdövr abidələri arasında dini baxışları əks etdirən qəbir abidələrinin fərqli quruluşu və tapıntıların orijinallığı ilə seçilməkdədir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: