Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.02.2025 10:28
  • A-
  • A
  • A+

Tarix və Etnologiya İnstitutunda təcrübə keçən tələbələr elmi-praktik konfransda iştirak ediblər

Tarix və Etnologiya İnstitutunda təcrübə keçən tələbələr elmi-praktik konfransda iştirak ediblər

AMEA-nın Tarix və Etnologiya İnstitutunda istehsalat təcrübəsi keçən bir qrup tələbə aparıcı elmi işçi t.ü.f.d., dosent Nigar Axundovanın elmi rəhbərliyi ilə Bakı Biznes Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Konstitusiya və Suverenlik - Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti quruculuğunun əsasıdır” mövzusunda keçirilmiş elmi-praktik konfransa qatılıblar.

Qərbi Kaspi Universitetinin IV kurs tələbələri - Elnur Bayramov “Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması haqqında”, Səbuhi Allahverdiyev “Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin quruculuğu yolu”, Azərbaycan Universitetinin IV kurs tələbəsi Vüqar Mustafayev isə “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda çıxış ediblər.

Tələbə Elmi Cəmiyyəti və “Humanitar elmlər” kafedrasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə iştirakçılara tələbələrə sertifikat təqdim olunub.

Qeyd edək ki, AMEA-nın  Tarix və Etnologiya İnstitutu ilə imzalanmış müqavilələrə əsasən Qərbi Kaspi Universitetinin, Azərbaycan Universitetinin və Bakı Slavyan Universitetinin tələbələri 17 fevral 2025-ci il tarixindən etibarən institutda istehsalat təcrübəsinə başlayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: