AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova Mədəniyyət kanalının “Səhərçağı” verilişinə müsahibə verib.
O, Azərbaycanın ilk veb-saytı olan “science.gov.az”ın yaradılmasının 30 ili ilə bağlı məlumat verib. Bildirib ki, müasir dövrümüzün elektron “Əkinçi”si sayılan bu portal 1995-ci ildə İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən yaradılıb.
Nərgiz Qəhrəmanova qeyd edib ki, bu il “science.az”ın yubileyi ona görə əlamətdardır ki, 2025-ci ildə həm milli mətbuatımızın 150 illiyi, həm də Azərbaycanın ən böyük elm ocağı olan AMEA-nın yaranmasının 80 ili tamam olur. Bu mühüm tarixi hadisələr təkcə elm və mətbuat tariximizin deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı baxımından olduqca böyük önəm daşıyır.
Müsahibə ilə buradan tanış ola bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.