Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2025 14:41
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının növbəti seminarı keçirilib

Şamaxı Astrofizika Rəsədxanasının növbəti seminarı keçirilib

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən AMEA-nın müxbir üzvü Namiq Cəlilov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra ŞAR-ın Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bayram Rüstəmov “Alqol tipli qoşa ulduz sistemlərinin tədqiqində yeni istiqamət” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda bildirib ki, son illərdə astronomik müşahidələrdə yüksəkhəssaslıqlı işıqqəbuledicilərlə təchiz olunmuş eşele spektroqrafların istifadəsindən sonra Alqol tipli qısa periodlu qoşa ulduz sistemlərində müşahidə olunan spektal xüsusiyyətlərə görə onlarda ehtimal olunan üçüncü komponentin əlamətləri araşdırılır.  Alim qeyd edib ki, hal-hazırda Alqol tipli ulduzlar arasından üçüncü komponentin mövcudluğu əsaslı şübhələr doğuran bu qrupun alt sisemi kimi ulduzlar qrupu formalaşır. Məruzədə Alqol tipli sıx qoşa ulduzların bu alt qrupuna daxil olan: δ Librae; U Sagittae ulduzlarının ŞAR-ın 2-m teleskopunda yüksək həssaslıqlı CCD matrislə təchiz olunmuş optik lifli SHAFES eşele spektroqrafda R=28000 və R=56000 spektral ayırdetmə ilə aparılmış müşahidələrinin nəticələri təqdim edən B.Rüstəmov, bu istiqamətdə aparılan elmi-tədqiqat işlərinin inkişafı üçün intensiv astrofiziki müşahidələrin vacibliyini vurğulayıb.

Çıxışın sonunda mövzu ətrafında geniş müzakirə aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: