AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini f.ü.f.d., dosent Ruhəngiz Cümşüdlü, AMEA Azad Həmkarlar İttifaqı sədrinin müavini Şəhla Əmirova, institutun Həmkarlar Təşkilatının sədri t.ü.f.d., dosent Sübhan Talıblı, Cənubi Azərbaycan şöbəsinin müdiri t.ü.f.d., dosent Səməd Bayramzadə iştirak ediblər.
İnstitutun Həmkarlar təşkilatının sədri t.ü.f.d., dosent Sübhan Talıblı çıxış edərək, qadınların cəmiyyətdə əvəzsiz rolu olduğunu deyərək, şərqşünas qadın alimləri Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara, ailədə xoşbəxtlik, elmi işlərdə daim fəal olmalarını arzulayıb.
İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d., dosent Səməd Bayramzadə Şərqşünaslıq elminin inkişafında qadın alimlərin böyük xidmətinin və rolunun olduğunu deyib, xanım əməkdaşları bayram münasibətilə təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Tədbirin sonunda qadın əməkdaşlara institutun Həmkarlar Təşkilatının hədiyyələri təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.