ETN Dendrologiya İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən institutun baş direktor v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova xanım əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib. Qeyd edib ki, tarixən Azərbaycan qadınının cəmiyyətdəki önəmli mövqeyindən bəhs edib, əsrlər boyu ölkəmizə xas, nümunəvi ailə modelinin qorunub saxlanılmasında qadınlarımızın xüsusi rolu və əməyinin olduğunu deyib. Direktor bildirib ki, hər zaman xalqımızın adət-ənənələrinə sadiqliyi, humanizmi ilə seçilən, ölkə mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil edən xanımlarımız dövlətçiliyimizin möhkəmləndirilməsi, Vətənimizin inkişafının təmin olunmasında da üzərilərinə düşən vəzifələri uğurla yerinə yetiriblər.
İnstitutun HİK - sədri Tünzalə Zeyvəliyeva çıxış edərək, 8 mart gününün əhəmiyyətindən, qadının dünyadakı rolundan danışıb, xanım əməkdaşlarını bayram münasibəti ilə təbrik edib. Müasir Azərbaycan qadınının dərin zəkası, gözəlliyi, fədakarlığı, çalışqanlığı, vətənpərvərliyi, xeyirxahlığı, mərhəməti, millətinə və torpağına bağlılığı ilə öndə gəldiyini deyən sədr bu yüksək keyfiyyətləri özündə cəmləşdirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin və çoxşaxəli fəaliyyətinin qadınlarımızın cəmiyyətdəki əvəzedilməz roluna ən layiqli nümunə olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.