Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu öz təcrübə sahəsində yetişdiriyi bitkilər və ağacları müxtəlif ərazilərə əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə ağacəkmə aksiyasını davam etdirir.
Bu dəfəki yaşıllaşdırma aksiyası Azərbaycan Tibb Universitetində baş tutub.
Aksiyada ETN Dendrologiya İnstitutunun baş direktoru b.ü.f.d., dosent Minarə Həsənova İnstitut əməkdaşları, Azərbaycan Tibb Universitetinin rəhbər şəxsləri Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov, İnzibati - təsərrüfat işləri üzrə prorektor İlqar Mehrabov, Əczaçılıq faklütəsinin dekanı, dosent Fərəh Məmmədli, Stomotologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva, TEC-in rəhbəri, dosent Nərgiz Məmmədova və Tibb Universitetinin tələbələri iştirak ediblər.
Məlum olduğu kimi, ölkəmizdə flora və faunanın qorunması, ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirilir. İnsanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etmək Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biridir.
Aksiya zamanı əraziyə Dendrologiya İnstitutundan gətirilmiş 100 ədəd dekorativ ağac tingləri əkilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, həmçinin təmizlik-abadlıq işləri aparılıb.
Qeyd edək ki, Dendrologiya İnstitutu ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına töhfə verən bu kimi ağacəkmə kampaniyalarının davamlı olaraq keçirilməsini planlaşdırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.