Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.03.2025 18:10
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları gənc tədqiqatçıların respublika elmi konfransında məruzə ediblər

Əlyazmalar İnstitutunun əməkdaşları gənc tədqiqatçıların respublika elmi konfransında məruzə ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Azərbaycan Universitetində baş tutmuş Gənc tədqiqatçıların VIII respublika elmi konfransında iştirak ediblər.

İnformasiya-kommunikasiya texnologiyaları və tətbiqləri, humanitar elmlər, iqtisadiyyat, sosial elmlər və təbiət elmləri istiqamətləri üzrə təşkil olunmuş konfransda əməkdaşlarımız - Təhsil şöbəsinin mütəxəssisi Nuriyyə Əliyeva “Füzulinin qəzəllərində xəbərlik şəkilçilərinin poetikası”, Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Günel Quliyeva “Seyid Əzim Şirvaniyə məxsus arxivin elmi təsviri” adlı məruzələrlə çıxış edib və təşkilatçı qurumun sertifikatına layiq görülüblər. Sertifikatı institutun əməkdaşlarına Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru tarix ü.f.d., dosent Nüşabə Quliyeva təqdim edib.

Qeyd edək ki, Azərbaycan Universitetinin təşkilatçılığı ilə keçirilmiş konfransın əsas məqsədi Azərbaycanın müxtəlif universitetlərində, müxtəlif təhsil səviyyələrində təhsil alan gənc tədqiqatçılara öz elmi nəticələrini təqdim etmək üçün platforma təklif etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: