Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.03.2025 10:14
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetinin tələbələri Botanika İnstitutunda təcrübə keçiblər

Bakı Dövlət Universitetinin tələbələri Botanika İnstitutunda təcrübə keçiblər

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda təcrübə keçiblər.

Botanika İnstitutunun mütəxəssislərinin müşayiətilə BDU tələbələri institutun şöbə və laboratoriyalarında həyata keçirilən elmi-tədqiqat işləri və müasir avadanlıqlarla yaxından tanış olub, nəzəri və praktiki biliklərə yiyələniblər. Onlara herbarinin hazırlanması və saxlanılması, bitkilərdən bioloji fəal maddələrin alınması, həmçinin etnobotanika və fitointroduksiyaya aid yeni metodlar, fermentlərin və azotun müxtəlif formalarının təyini üsulları öyrədilib.

Təcrübə müddəti 17 martda başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: