Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.04.2025 09:35
  • A-
  • A
  • A+

Tarix və Etnologiya İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Tarix və Etnologiya İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

AMEA-nın Tarix və Etnologiya İnstitutunda 31 mart soyqırımına həsr olunmuş dəyirmi masa təşkil edilib.

Anım tədbirində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev 31 mart soyqırımının xalqımızın tarixinə faciəli səhifələrdən biri kimi daxil olmasından, soyqırımın ağır nəticələrindən danışıb və ermənilərin xalqımıza qarşı yürütdüyü düşmənçilik siyasətinin kökü, tarixi barədə ətraflı məlumatlar verilərək mənfur qonşularımızın törətdikləri qırğınların və qətliamların ağır nəticələrini bir daha xatırladıb. Bakı soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirib. Alim vurğulayıb ki, hər il Azərbaycan xalqı 31 mart soyqırımını qeyd etməklə, bir daha tarixi keçmişə qayıdır və soyqırım qurbanlarının xatirəsini ehtiramla anır.

Daha sonra tədbir iştirakçıları azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin tarixi kökləri haqqında geniş məzmunlu çıxışlar ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: