AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikliyə Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda ixtisasartırma təcrübəsi keçməsinə görə "Təşəkkürnamə" verilib.
Qeyd edək ki, gənc alim elmi tədqiqat və təcrübə müddətində müxtəlif beynəlxalq konfranslarda iştirak edib.
Alimin səfəri, həmçinin rəsmi və praktiki tədbirlərdən ibarət olub. Təcrübə müddətində Abdusalam Hüseynov, Andrey Smirnov, Boris Prujinin və başqalarının elmi işləri ilə tanış olub. Bundan əlavə, Rusiya EA-nın Fəlsəfə İnstitutunun elmi və tədris fəaliyyəti və ixtisasartırma üzrə fəaliyyət göstərən Elmi-Tədris Mərkəzi ilə tanış olub, eləcə də Rusiya EA-nın bütün institutlar sistemində elm tarixi və fəlsəfəsini tədris edən əsas qurum olan Elm Tarixi və Fəlsəfə Departamentinin tədbirində yaxından iştirak edib, öz fikirlərini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.