Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.04.2025 12:26
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun Elmi şurasının iclası olub

Coğrafiya İnstitutunun Elmi şurasının iclası olub

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının iclası keçirilib.             

İnstitutun baş direktor v.i.e., dosent Zaur İmraninin sədrliyi ilə iclasda akkreditasiya ilə bağlı məsələlər, əməkdaşların işə davamiyyəti, Vüqar Bəndəliyevin “Dağlıq Şirvanın mikrotoponimləri” kitabına rəyçilərin təyin edilməsi məsələləri müzakirə edilərək müvafiq qərarlar verilib.

Şura üzvləri müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış Geomorfologiya və təbii risklər şöbəsinin böyük elmi işçisi, c.ü.f.d Abuşova Samirəyə aparıcı elmi işçi və Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin elmi işçisi Nicat İmamverdiyevə böyük elmi işçi elmi adı verilməsi haqqında qərar qəbul ediblər.

Coğrafiya İnstitutunun 80 illik yubileyinin qeyd edilməsi məsələsinə baxılmışdır. Bu ilin may ayında Cəlilabad və Lənkəran şəhərlərində dəyirmi masa keçirilməsi qərara alınıb.

Sonra gizli səsvermə yolu ilə Geomorfologiya və təbii risklər şöbəsinin baş elmi işçisi c.e.d. Starə Tarixazər yekdilliklə professor elmi adı verilməsi ilə bağlı AAK qarşısında vəsatət qaldırılmasına qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: