Başqırdıstan Dövlət Universitetində “Başqırd və türk filologiyasının öyrənilməsi və tədrisi problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Ukrayna və Rusiya Federasiyasının Altay, Başqırdıstan, Çuvaşıstan və digər bölgələrindən elm adamları iştirak ediblər.
Konfransda ölkəmizi təmsil edən AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil “Folklor və türk xalqları ədəbiyyatı”, institutun böyük elmi işçisi Qalib Sayılov isə “Azərbaycan aşıq sənəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfrans çərçivəsində təşkil edilmiş mədəni proqramda bu ali təhsil ocağının folklor ansamblı da çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.