Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.04.2025 12:39
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı Niderlandda ezamiyyətdə olub

Coğrafiya İnstitutunun əməkdaşı Niderlandda ezamiyyətdə olub

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  Demoqrafiya və Əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov mart ayının 20-dən 31-dək Niderland Krallığında ezamiyyətdə olub.

Haaqa şəhərindəki Rotterdam Erasmus Universitetinin qonağı olan alim burada universitetin əməkdaşları ilə birgə görüşlərə qatılıb. O, universitetdə keçirilən, Xəzərsahili ərazilərin su problemlərinə həsr olunmuş seminarda “İnsan köçü, şəhərləşmə və iqlimə uyğunlaşma” mövzusunda çıxış edib, apardığı araşdırmanın nəticələri ilə seminar iştirakçılarını məlumatlandırıb.

R.Kərimov ekoloji miqrasiya məsələləri haqqında tələbələrə mühazirə oxuyub. Qeyd olunan fəaliyyətlər Erasmus+ proqramı çərçivəsində, Rotterdam Erasmus Universitetinin idarəetmə və ictimai siyasət üzrə baş müəllimi Fərhad Muxtarov və Xəzər Universiteti Ətraf Mühit Tədqiqatları Mərkəzinin rəhbəri, c.ü.f.d. Rövşən Abbasovun əlaqələndiriciliyi və iştirakı ilə baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: