Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.04.2025 12:48
  • A-
  • A
  • A+

Şərqşünas alim Belqorodda keçirilən beynəlxalq konfransda məruzə edib

Şərqşünas alim Belqorodda keçirilən beynəlxalq konfransda məruzə edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Lalə Əhmədova aprelin 10-da Rusiyanın Belqorod Dövlət Milli Tədqiqatlar Universitetinin nəzdində  olan Mədəniyyətlərarası Kommunikasiya və Beynəlxalq əlaqələr institutunun təşkil etdiyi “Mətn və mətndənkənar reallıq: nəzəri və tətbiqi tədqiqat” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Professor L.Əhmədova onlayn qatıldığı konfransın plenar iclasında açılış nitqi və “Mətnlərin təşkilinin linqvistik vasitələrinin öyrənilməsi” adlı məruzə ilə çıxış edib.

Məruzədə mətn əsasında xarici dil ünsiyyətinin formalaşması problemindən bəhs edilib. Məruzəçi qeyd edib ki, mətnlə bağlı müasir linqvistik məlumatlara dəstək ünsiyyətin inkişafı üzrə iş sisteminin məzmununu elmi cəhətdən müəyyən etməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: