Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.04.2025 10:36
  • A-
  • A
  • A+

Gender məsələləri üzrə məsul şəxslər üçün növbəti treninq keçirilib

Gender məsələləri üzrə məsul şəxslər üçün növbəti treninq keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət qurumlarının və yerli icra hakumiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri üçün növbəti treninq keçirib.

“Ailə və gender yönümlü siyasətlər: fərdlərə, təşkilatlara və cəmiyyətə faydaları” mövzusunda təlimin məqsədi ailə və gender yönümlü siyasətlərin strateji əhəmiyyəti və rəqabət üstünlüklərini təqdim etməkdir.

Tədbirdə Azərbaycanda bu yanaşmanın uğurlu tətbiq nümunələri nəzərdən keçirilib, iştirakçı təşkilatlarda bu siyasətlərin istifadəsi üçün konkret addımlardan söz açılıb.

Təlimçi, müstəqil ekspert Şəms Mustafayeva iş yerlərində müxtəlif gender siyasətlərini, innovasiyaları tətbiq nümunələrini iştirakçıların nəzərinə çatdırıb, təlimdə səsləndirilən təklifləri qeydə alıb.

Treninqin vəzifələrindən biri də Gender məsələləri üzrə məsul şəxslərin şəbəkələşməsini, müəssisələrarası təcrübə mübadiləsini təmin etməkdir.

Treninqdə Akademiyanı AMEA-nın Qadınlar Şurası sədrinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli təmsil etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: