Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.04.2025 17:48
  • A-
  • A
  • A+

Gəncə Bölməsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan dəyirmi masa keçirilib

Gəncə Bölməsində  “Konstitusiya və Suverenlik İli”nə həsr olunan dəyirmi masa keçirilib

Gəncə şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən “Konstitusiya və Suverenlik ili” milli istiqlal uğurunda tarixi mübarizəmizə töhfədir” mövzusundakı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masanı giriş sözü açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bugünkü görüşün Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamının müddəalarına müvafiq olaraq təşkil edildiyini vurğulayıb.Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan və müasir dövrdə onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırdığı dövlətçiliyimizin strateji hədəflərinin cəmiyyətə elmi cəhətdən çatdırılması məsələsində, xüsusən bu əlamətdar ildə, alim və tədqiqatçıların öhdəsinə böyük vəzifələr düşdüyünü bildirib.

Sonra dəyirmi masadakı məruzələr dinlənilib.

AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, fil.ü.f.d. Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatında Suverenlik və Müstəqillik ideyalarının əksi”, Bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri t.ü.f.d., dosent Nərgiz Rəsulova “Cəmiyyətin təməl qanunu kimi Konstitusiyanın yaranma tarixi”, Bölmənin Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri t.ü.f.d., dos. Samirə Qasımova “Dövlətçiliyimizin formalaşmasında suverenlik anlayışının hüquqi tərəfləri”, Bölmənin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Çimnaz Vəliyeva “Konstitusiya və Suverenlik ili - dövlət quruculuğu yolunda əldə edilən uğurların hüquqi nəticəsi”, həmin Mərkəzin elmi işçisi Aynur Mirişli “44 Günlük Vətən Müharibəsindən Konstitusiya və Suverenlik ilinə”, Bölmənin Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin böyük laborantı Nüşabə Abbasova “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” və Gəncə Dövlət Universiteti Tarix-coğrafiya fakültəsinin tarix müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Cəfər Vəliyev “Azərbaycan Respublikasının Konstitusiyaları tarixinə dair” mövzuları üzrə çıxış ediblər.

Tədbirin sonunda Bölmənin sədri akademik Fuad Əliyev maraqlı, elmi tutumlu çıxışlara və mülahizələrə görə iştirakçılara minnətdarlıq bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: