Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.04.2025 12:42
  • A-
  • A
  • A+

Gəncə Bölməsində ana dilinin qorunması tədbirlərinə dair maarifləndirici tədbir keçirilib

Gəncə Bölməsində ana dilinin qorunması tədbirlərinə dair maarifləndirici tədbir keçirilib

AMEA-nın Gəncə Bölməsində ana dilinin qorunması tədbirlərinə dair maarifləndirici görüş keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, AMEA-nın Gəncə Bölməsinin və media qurumlarının əməkdaşları iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən birgə keçirilən “Dövlət idarəçiliyində, mediada Azərbaycan dilinin düzgün tətbiq olunması məqsədilə tədbirlərin və treninqlərin təşkil olunması” mövzusundakı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarımızın bütövlüyu uğrunda canlarından keçmiş Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

Tədbiri giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov açıb.

O, görüşün iştirakçılarını Bölmənin sədri, akademik Fuad Əliyev və bu elm ocağının bütün əməkdaşları adından salamlayaraq, Azərbaycan dilinin dünyanın ən zəngin, eyni zamanda geniş ifadə imkanlarına sahib dillərindən oluğunu vurğulayıb. O, dilimizin uzaq keçmişdən bu günümüzədək istər klassik, istərsə də modern formatlarda daim diri, energetik və çevik xüsusiyyətlər daşıdığını diqqətə çatdırıb, bu milli sərvəti qorumağın zəruriliyini bildirib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Sənubər Qocayeva çıxış edərək, vurğulayıb ki, ana dilimizin dövlət idarəçiliyində,  ictimai qurumların fəaliyyətində, eləcə də mətbuat, televiziya və internet məkanında qorunmasının və inkişaf etdirilməsinin vacib şərtlərindən biri ona daim həssas və yaradıcı münasibətin təmin olunmasıdır. O, həmin məqsədlər baxımından, bu cür maarifçi xarakterli görüşlərin vacibliyinə diqqət çəkib.

S.Qocayeva bu vacib tədbirin keçirilməsində dəstəyə görə AMEA-nın Gəncə Bölməsinə minnətdarlıq bildirib və görüşün iştirakçılarına Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını və uğur arzularını çatdırıb.

Sonra maarifləndirici görüşün məruzələri dinlənilib.

AMEA-nın  Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin xidmətləri”, AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun   Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva “Azərbaycan folkloru və ana dilimiz”,  AMEA-nın Gəncə Bölməsinin elmi katibi Günay Cəfərova “Qərb qrupu dialektlərinin ümumiləşdirilmiş xüsusiyyətləri və AMEA-nın  Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəızinin Nizami irsində sənətşünaslıq şöbəsinin müdiri Təranə Verdiyeva “Ana dilimiz milli dəyərimizdir”mövzularında çıxış ediblər.

Görüş iştirakçıları öz təklif və mülahizələrini bölüşüb, fikir mübadilələri aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: