Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.02.2016 14:20
  • A-
  • A
  • A+

AMEA-da molekulyar biologiyanın müasir elmi istiqamətləri üzrə ixtisas kursları tədris olunur

AMEA-da molekulyar biologiyanın müasir elmi istiqamətləri üzrə ixtisas kursları tədris olunur

Məlum olduğu kimi, 2015-ci ildə ilk dəfə olaraq AMEA-da 7 ixtisas üzrə magistratura təhsilinə başlanılmış və AMEA-nın magistraturasına “Molekulyar biologiya” ixtisası üzrə 4 magistr qəbul olunmuşdur.  Qəbul olunmuş magistrlər 2015-2016-cı tədris ilinin qış imtahan sessiyasını uğurla başa vurmuşlar. Hazırda II semestrin dərsləri başlamış və magistrlərə molekulyar biologiyanın müasir elmi istiqamətləri üzrə ixtisas kursları tədris olunur.

Bu semestrdə tədris olunan “Proteomiks” ixtisas kursu Cənubi Koreyanın Pusan Dövlət Universitetinin tədqiqatçı-professoru, b.ü.f.d. İsmayıl Zülfüqarov tərəfindən aparılır. Mühazirələr Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun müasir avadanlıqla təchiz olunmuş tədris auditoriyasında keçirilir. Prof. İsmayıl Zülfüqarovun mühazirələrində magistrlərlə yanaşı, Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun doktorantları, gənc alimlər, Bakı Dövlət Universitetinin Biologiya fakültəsi Biofizika və Molekulyar biologiya, Biokimya kafedralarının magistrləri və AR Təhsil Nazirliyi “İstək” liseyinin Azərbaycanı beynəlxalq olumpiadalarda təmsil edərək medallar qazanan yuxarı sinif şagirdləri iştirak edirlər.

Mühazirələrdə Proteomiks elminin inkişaf tarixi, bu sahədə əldə olunan son nailiyyətlər, mövcud problemlər və onların həlli yolları barədə ətraflı məlumat verilir.  

Qeyd edək ki, molekulyar biologiya ixtisas kurslarının tədrisində xarici ölkələrdən tanınmış alimlərin dəvət olunması ilk dəfədir təşkil olunub. Bu cür tədbirlər şagirdlərdə elmə həvəsin daha da artırılmasına, onların geniş dünyagörüşünə malik olmalarına, yüksəkixtisaslı gənc kadrların hazırlanmasına xidmət edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: