Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.05.2025 10:56
  • A-
  • A
  • A+

Əlyazmalar İntitutunun əməkdaşları UNESCO-nun jurnalının təqdimat mərasimində iştirak ediblər

Əlyazmalar İntitutunun əməkdaşları UNESCO-nun jurnalının təqdimat mərasimində iştirak ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova və həmin şöbənin baş mütəxəssisi Əsmər Hümbətli UNESCO-nun Beynəlxalq Sənədli İrs Jurnalının (IJODH) onlayn platforma üzərindən həyata keçirilmiş təqdimat mərasimində iştirak ediblər.

UNESCO rəsmiləri və dərgi müəllifləri ilə sözügedən təşkilatın Dünya Yaddaşı Proqramının ölkələr üzrə Milli Komitə nümayəndələrinin, o cümlədən institut və elmi-tədqiqat müəssisələrində bu sahə üzrə ixtisaslaşmış ekspertlərin səmərəli iş fəaliyyətini təmin etmək məqsədilə təşkil olunmuş onlayn təqdimat mərasimində əməkdaşlarımız UNESCO-nun Dünya Yaddaşı proqramının ümumi təlimatları (sənədli irsin mövcudluq və əhəmiyyətinin dünya miqyasında maarifləndirilməsinin yüksəldilməsi və bununla yanaşı əhali və mədəniyyətlər arasında dialoq və qarşılıqlı əlaqəni inkişaf etdirmək), “Məzmun inkişafına yönəlmiş sənədli irs: "Wat Pho" və "Amundsen"in Game Jam vəziyyətləri”, “Arxiv (iqlim dəyişkənliyi) və rəqəmsal (optik disklər və USB kimi qısamüddətli saxlama media mənbələri, qısamüddətli verilənlər bazası və DAMBA layihələri, rəqəmsal qoruma və s.) aktiv riskəri”, “Kanonikliyin tarixi meta-analizi” kimi mövzularla tanış olub, müzakirə mərhələsində öz faydalı bilgiləri ilə bölüşüblər.

Mövzuları iştirakçılara Beynəlxalq Sənədli İrs Mərkəzinin (ICDH) Proqram Mütəxəssisi Dr. Junsu Seo, Sakit Okean Əlyazmaları Bürosunun (PAMBU) icraçı direktoru Kari James və Amsterdam Universitetinin Avropa ədəbiyyatı kafedrasının professoru Dr. Joep Leerssen təqdim edib.

Təqdimat mərasimində, həmçinin Koreya Respublikasının Dünya Yaddaşı (MW) Komitəsinin sədri, professor Kyungho Suh, UNESCO-nun Kommunikasiya və İnformasiya Sektorunun Baş Direktor köməkçisi Dr. Tawfik Jelassi, Beynəlxalq Sənədli İrs Mərkəzinin (ICDH) baş katibi Dr. Yoonmyoung Cho və Beynəlxalq Sənədli İrs Jurnalının baş redaktoru Dr. Jan Bos çıxış edib və tədbirə qoşulan hər kəsə öz dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, təqdimat mərasimi UNESCO-nun Baş Qərargahı və Beynəlxalq Sənədli İrs Mərkəzinin (ICHD) təşəbbüsü ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: