Sumqayıt Dövlət Universitetinin Kimya ixtisası üzrə əyani şöbədə təhsil alan IV kurs tələbələrinin Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda keçdikləri istehsalat təcrübəsi uğurla başa çatıb.
16 fevral tarixindən başlayan təcrübə prosesində institutun Makromonomer əsaslı polimer materiallar və Yüksək şaxələnmiş polimerlər lаbоrаtоriyаları, Polimer materiallarının fiziki - mexaniki tədqiqatları və Fiziki - kimyəvi analiz şöbələrində istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri haqqında məlumatlar verilib, aparılan elmi tədqiqatlara uyğun tərcübələr nümayiş etdirilib.
Onlara təhsil müddətində əldə etdikləri nəzəri bilikləri elmi tədqiqatlarla əlaqələndirmək və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişləri formalaşdırmaq üçün şərait yaradılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.