22-23 may 2025-ci il tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin himayəsi və Üsküdar Universitetinin təşkilatçılığı ilə “Türk dövlətləri yüz ilində cədidçiliyin üfüqləri: neokolonial meydan oxumalar qarşısında keçmişdən gələcəyə baxmaq” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.
Konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli də iştirak edib. “Azərbaycan türk cədidçilik ya da yeniləşmə-dəyişim fəlsəfəsi, ideolojisi və gələcəyi mövzusunda məruzə edən Faiq Ələkbərli bildirib ki, türk xalqlarında yeniləşmə-dəyişim prosesi 19-cu əsrdə Osmanlı və çar Rusiyasında başlayıb. Ona görə, yeniləşmə özünü türklüyə, İslamlığa və Qərb mədəniyyətinə münasibətdə büruzə verib.
F.Ələkbərli qeyd edib ki, çar Rusiyasında yeniləşmə prosesinin əsas mərkəzlərindən biri Azərbaycan və onun milli maarifçi ziyalıları olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.