Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.02.2016 14:59
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib

Fiziologiya İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib

Fevralın 29-da AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə bu elmi müəssisənin direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, əsas məqsəd əməkdaşları maarifləndirmək, baş verə biləcək təbii fəlakət və ya qəza zamanı düzgün təxliyyə olunma yollarının öyrədilməsidir. U.Həşimova əməkdaşların fövqəladə hallara qarşı mübarizə ilə bağlı mütəmadi məlumatlandırılmasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən institutun Mülki Müdafiə İdarəsinin rəisi Nazim Həsənov bildirib ki, mülki müdafiə orqanlarının əsas vəzifəsi əməkdaşların mühafizəsinin təşkili və fövqəladə hallardan mühafizə sahəsində hazırlığının təmin edilməsidir.

Tədbirdə AMEA-nın müxbir üzvü Rafiq Qasımov fövqəladə vəziyyətlərdəki davranış qaydaları barədə məlumat verib. Qeyd edib ki, ötən ildən institutun girişində keçid qurğularının quraşdırılması mülki müdafiənin mühafizəsi istiqamətində həyata keçirilmiş mülki müdafiə tədbirlərindən biridir.

Tədbirdə çıxış edən institutun Təbii mənşəli heroprotektorların farmakologiyası laboratoriyasının aparıcı elmi işçisi Raqif Abbasov respublikada fövqəladə hadisələrin qarşısının alınması istiqamətində görülən işlərdən, əhalinin ardıcıl maarifləndirilməsindən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: