Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.03.2016 16:38
  • A-
  • A
  • A+

Biologiya və Tibb Elmləri Bölməsinin iclasında mühüm məsələlər müzakirə olunub

Biologiya və Tibb Elmləri Bölməsinin iclasında mühüm məsələlər müzakirə olunub

Martın 1-də AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib.

Əvvəlcə iclasda bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə məlumat verib.

Akademik Ə.Əmiraslanov bildirib ki, AMEA Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarına əsasən 2016-cı il üçün Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə elan edilib. Medala namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər. Akademik onu da əlavə edib ki, mükafat üçün irəli sürülmüş namizədlər haqqında təqdimatlar müvafiq sənədlərlə bilikdə 2016-cı il martın 18-dək AMEA-nın Elm və Təhsil İdarəsinə təqdim edilməlidir.

Ə.Əmiraslanov, həmçinin 2016-cı il üçün AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə də müsabiqənin elan edildiyini söyləyib. Bildirib ki, AMEA-nın adlı mükafatları müvafiq elm sahələri üzrə mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə verilir.

İclasda Dendrologiya İnstitutu və Mərkəzi Nəbatat bağının Elmi şuralarının yeni tərkibi, Mikrobiologiya İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsi və digər məsələlər müzakirə olunub.

Sonda bir sıra kadr məsələsinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: