Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.07.2025 17:20
  • A-
  • A
  • A+

Artıq daşların üzərindəki saxtakarlıqları təmizləmək vaxtıdır

Artıq daşların üzərindəki saxtakarlıqları təmizləmək vaxtıdır

Xalqımıza məxsus qədim diyar – Qərbi Azərbaycanda fərqli tarixi dövrlərdə məhv edilmiş və izləri silinmiş dini, mədəni, memarlıq abidələrinin Azərbaycana məxsusluğunu dünya ictimaiyyətinə çatdırmağın davamı olaraq, bir sözlə artıq daşları toplamaq vaxtıdır.

“İrs” silsiləsindən nəfis tərtibatda növbəti bir kitabın təqdimatı keçirilib. “Daşları toplamaq vaxtıdır” adlı dəyərli tarixi fundamental nəşrin ərsəyə gətirilməsinin əsas məqsədi vaxtilə azərbaycanlılara məxsus 50-yə yaxın yaşayış məntəqəsinin fotoları, o cümlədən elmi-faktoloji materialların çap edilməsi həmin torpaqlarda yaşamaq haqqımızı geri almaq, mədəni irsimizi bərpa edərək yaşatmaqdan ibarətdir.

“İrs” jurnalının baş redaktoru, layihənin rəhbəri Musa Mərcanlı, “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri AMEA-nın müxbir üzvü Misir Mərdanov, kitabın elmi redaktorlarından tarix elmləri doktoru Səbuhi Əhmədov, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədr müavini akademik Nizami Cəfərov çıxış edərək gələcəkdə tarixi-etnoqrafik dəqiqliklə, öz mədəniyyətiylə, diliylə, bir sözlə hər anlamda bu torpaqlara məxsusluğu isbat olunan Qərbi azərbaycanlıların öz yurdlarına geri qayıdacağı və tezliklə bu ərazilərin Qərbi Azərbaycan kimi deyil, Azərbaycanın qərbi kimi deyiləcəyinə şübhə olmadığı bildirilib.

İrs silsiləsindən “Daşları toplamaq vaxtıdır” kitabının tarixi faktlarla zəngin təsvir xüsusiyyətləri, Azərbaycan, türk, rus, ingilis və Çin dillərində nəşri, “bundan sonrakı nəsillər üçün ədalətli mənbə rolunu oynayacaq” və “bu uzun yolda bizə düzgün bələdçilik edəcək” kimi ideyaların olması bu kitabı digər nəşrlərdən fərqləndirir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru Zemfira Hacıyeva və AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: